Prezident “Global Media Group”un bir qrup əməkdaşını TƏLTİF ETDİ

Prezident “Global Media Group”un bir qrup əməkdaşını TƏLTİF ETDİ






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Baş redaktor, #Caliber, #İlham Əliyev, #Jurnalistlər, #Milli Mətbuat, #Sərəncam, #Təbrik, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Global Media Group” bir qrup əməkdaşını təbrik edib.

presstvaz xəbər verir ki, bu barədə holdinq açıqlama yayıb.

“Böyük qürur hissi ilə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, milli mətbuatın inkişafında göstərdikləri xidmətlərə görə “Global Media Group” və onun tərkibində fəaliyyət göstərən media qurumlarının nümayəndələri yüksək dövlət təltiflərinə layiq görülüblər.

“Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Əliəkbər oğlu Məmmədov “Tərəqqi” medalı ilə təltif edilib.

Eyni zamanda:

– Ramin Natiq oğlu Cəfərov – “Baku TV”nin direktoru

– Azadə Nərman qızı Balayeva – “Baku TV”nin məsul redaktoru

– Samir Fəzail oğlu İbrahimov – “Baku TV”nin Qərbi Azərbaycan Departamentinin rəhbəri

– Ülviyyə Malik qızı Gülməmmədova – presstvaz saytının baş redaktor müavini

– İlahə Firdovsi qızı Məmmədli – “Report” İnformasiya Agentliyinin baş redaktor müavini

– Emil Akif oğlu Quliyev – “Report” İnformasiya Agentliyinin baş redaktor müavini

– Kəmalə Paşa qızı Mustafayeva – “Report” İnformasiya Agentliyinin Avropa bürosunun rəhbəri

– Timur Əhməd oğlu Hüseynov – Caliber.az xəbər portalının baş redaktoru

– Cəmil Həsənağa oğlu Bayramov – Caliber.az xəbər portalının əməkdaşı

Bundan əlavə, “Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Polad oğlu Hüseynəliyev “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Təltif olunan bütün həmkarlarımızı səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!”, – açıqlamada bildirilib.

18:52

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrinin təltif edilməsi haqqında imzalayıb.

presstvaz xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə bir sıra jurnalistlər təltif olunublar.

“Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Əliəkbər oğlu Məmmədov “Tərəqqi” medalı ilə təltif edilib. “Report” İnformasiya Agentliyinin Baş direktoru Fuad Polad oğlu Hüseynəliyevə “Əməkdar jurnalist” fəxri adı verilib.

Təltif olunanlar arasında presstvaz saytının baş redaktor müavini Ülviyyə Malik qızı Gülməmmədova, “Report” İnformasiya Agentliyinin baş redaktorun müavinləri İlahə Firdovsi qızı Məmmədli, Emil Akif oğlu Quliyev və agentliyin Avropa bürosunun rəhbəri Kəmalə Paşa qızı Mustafayeva, Caliber.az informasiya-analitik portalının baş redaktoru Timur Əhməd oğlu Hüseynov, portalın əməkdaşı Cəmil Həsənağa oğlu Bayramov, Baku TV-nin direktoru Ramin Natiq oğlu Cəfərov, televiziyanın Qərbi Azərbaycan Departamentinin rəhbəri Samir Fəzail oğlu İbrahimov, məsul redaktoru Azadə Nərman qızı Balayeva da yer alır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv