Yaqub Eyyubovun adından saxta açıqlama yayılıb

Yaqub Eyyubovun adından saxta açıqlama yayılıb






presstv

"Presstv"az #Azərbaycan, #Jurnalistlər, #Rusiya, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından guya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deepfake” texnologiyası ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta video yayımlanıb.

presstvaz xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bəlli dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanaraq informasiya mühitini çirkləndirməyə yönəlmiş bu cür saxta video-görüntülər ictimai rəyi çaşdırmağa xidmət edən açıq-aşkar manipulyasiya nümunəsidir:

“Cəmiyyəti yalnız rəsmi mənbələrin yaydığı məlumatlara inanmağa çağırırıq. Dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi dövlət qurumlarından, eləcə də ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz”.

Məlumatda o da qeyd edilib ki, Azərbaycan vətəndaşları, jurnalistlər və ictimai fəallar bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməli, saxta və yalan məlumatlara əsaslanan kampaniyalara qarşı diqqətli və sayıq olmalıdırlar. Xüsusilə “deepfake” texnologiyası ilə hazırlanmış məzmunların sürətlə yayıldığı dövrdə cəmiyyətin informasiya təhlükəsizliyi üçün məsuliyyətli davranış vacibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv