AP deputatı: “Ermənistanın Aİ-yə daxil olması hazırda qeyri-mümkündür”

AP deputatı: “Ermənistanın Aİ-yə daxil olması hazırda qeyri-mümkündür”






presstv

"Presstv"az #Almaniya, #Avropa, #Avstriya, #Azərbaycan, #Ermənistan, #Hakim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması hazırda tamamilə qeyri-realdır.

presstvaz-ın Avstriyanın “Auf1” portalına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya üçün Alternativ Partiyası (AfD) Avropa Parlamentindəki nümayəndə heyətinin rəhbərinin müavini, İnsan Hüquqları Komitəsinin koordinatoru Tomaş Frölix bildirib.

“Hesab edirəm ki, bu, indiki mərhələdə tamamilə qeyri-realdır”, – deyə o vurğulayıb.

Frölix Ermənistanın üzvlüyünün Aİ-nin strateji maraqlarına zidd olduğunu izah edib.

“Bu, digər məsələlərlə yanaşı, Azərbaycanın Aİ üçün mühüm rol oynaması ilə bağlıdır. Aİ-nin Azərbaycanla ortaq maraqları var, xüsusən də Rusiya faktiki olaraq enerji resurslarının tədarükçüsü olmaqdan çıxdıqdan sonra. Bu kontekstdə Azərbaycan öz yerini qismən tutub və onun Brüssel üçün əhəmiyyəti artıb”.

AfD nümayəndəsi vurğulayıb ki, Aİ-nin Ermənistanla Azərbaycanın zərərinə yaxınlaşmasına son dərəcə az ehtimal var və bu qeyri-realdır. Bu kontekstdə siyasətçi Brüsselin ikili standartlarına diqqət çəkib:

“Aİ Ermənistana həqiqətən lazım olan yerdə dəstək vermir və eyni zamanda Azərbaycanla fəal əməkdaşlıq edir. Bu, özlüyündə heç də pis deyil, lakin Brüsselin adətən istifadə etdiyi ritorika ilə açıq şəkildə ziddiyyət təşkil edir”.

Paşinyanın tənqidi

Frölix hesab edir ki, Ermənistanın baş naziri öz resurslarına görə hələ də Azərbaycana daha çox meyilli olan Qərbə mərc qoyduğu üçün səhvə yol verib.

“Onlar (Ermənistan hakimiyyəti) daha çox qərbyönlü kurs seçdilər, Avropadan dəstək ümid edərək Kremllə əlaqələri zəiflətdilər. Amma Qərbin maraqları yenə də, Azərbaycana daha yaxındır… Kritik məqamlarda Aİ Ermənistanla deyil, Azərbaycanla birgə hərəkət etməyə meyllidir”, – deyə AfD nümayəndəsi vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv