İran və Rusiya hərbi dəniz qüvvələri Xəzər dənizində təlimlərə başladılar

İran və Rusiya hərbi dəniz qüvvələri Xəzər dənizində təlimlərə başladılar






presstv

"Presstv"az #dənizdə, #Gəmi, #İran, #Rusiya, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyulun 21-dən Xəzər dənizində “CASAREX-2025” axtarış və xilasetmə təlimləri başlayır.

presstvaz-ın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat verib.

Üç gün davam edəcək təlimlərdə Rusiyanın Xəzər hərbi-dəniz qrupunun və İran Hərbi-Dəniz Qüvvələrinin gəmiləri iştirak edəcək.

Məlumata görə, təlimlər İran Hərbi-Dəniz Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu, İranın Daxili Təhlükəsizlik Qüvvələri və Rusiya Hərbi Dəniz Qüvvələri, eləcə də Xəzəryanı dövlətlərdən olan müşahidəçilərin iştirakı ilə “Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə” şüarı altında keçirilir.

Manevrlərin məqsədi dənizdə təhlükəsizliyin, o cümlədən Xəzər dənizi hövzəsi ölkələrinin donanmaları arasında dəniz koordinasiyası və əməkdaşlığın səviyyəsinin artırılmasıdır.

Qeyd edilib ki, Rusiyaya məxsus “SB738” gəmisi manevr zonasına daxil olub və İran Hərbi-Dəniz Qüvvələri tərəfindən qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv