Bakıda bir çox yerdə su yoxdur – Bundan sonra belə olacaq?

Bakıda bir çox yerdə su yoxdur – Bundan sonra belə olacaq?






presstv

"Presstv"az #Bakı, #Binəqədi rayonu, #Günəş, #Nərimanov rayonu, #Suraxanı rayonu, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının bir çox hissələrində suyun verlişində problemlər olduğu bildirilir.

presstvaz-a müraciət edən vətəndaşların sözlərinə görə, əvvəllər fasiləsiz gələn su indi fasilələrlə gəlir.

Binəqədi rayonunda yaşayan sakinlərin sözlərinə görə, həyət evlərinin bir çox hissəsində su yoxdur, ancaq maşınlarla su almaq mümkündür.

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində də suyun verilməsində problemin olduğu bildirilib. Sakinlərin sözlərinə görə, əvvəllər də su fasilələrlə verilirdi, lakin müəyyən qrafik var idi.

"Bilirdik ki, bu saatlarda su gələcək, işlərimizi də ona uyğun qururduq, lakin indi həmin qrafik də pozulub".

Ötən gün Nərimanov rayonu ərazisində də suyun verilməsində problem olub.

Yasamal rayonu ərazisində də yeni tikililərdə suyun verilməsində problemlər var. Sakinlərin sözlərinə görə, yeni tikili binalarda su fasilələrlə verilir. Sutka ərzində cəmi 1-2 saat su gəlir. Yeni tikili binların əksəriyyətində də su çənləri olmadığına görə ciddi problemlər yaşayırlar.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə soğru ünvanlanıb. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv