Kiçik uşaqla çimərliyə getmək təhlükəli ola bilər

Kiçik uşaqla çimərliyə getmək təhlükəli ola bilər






presstv

"Presstv"az #Günəş, #Həkim, #Körpə, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin uşaq xəstəlikləri kafedrasının dosenti Aleksandr Batrakov bildirib ki, həyatının ilk ilində olan uşaqlarla çimərliyə getmək onların sağlamlığı üçün təhlükəli ola bilər.

presstvaz xəbər verir ki, onun sözlərinə görə, bu yaşda uşaqların dərisi birbaşa günəş şüalarına qarşı çox həssasdır. Çünki dərinin piqment əmələ gətirmə funksiyası tam formalaşmayıb. Buna görə körpələrin yalnız dolayısı günəş işığında olması tövsiyə olunur. Günəş yanığı riski səbəbindən birbaşa günəş şüasından uzaq durmaq lazımdır.

Həkim əlavə edib ki, günəşdən qoruyucu kremlər faydalı ola bilər, amma çimərliyə getməzdən əvvəl evdə sınaqdan keçirilməli və məhsulun istifadə müddəti yoxlanmalıdır. Qum və su ilə təmasdan sonra isə bu vasitələr yenidən tətbiq olunmalıdır.

Batrakov həmçinin xəbərdarlıq edib ki, yüksək temperatur zamanı uşaqlarda istilik vuruşu riski artır. Termotənzimləmə sistemi hələ tam formalaşmadığı üçün uşaqlarda qusma, dəridə dəyişiklik, bədən temperaturunun artması, nəbzin və tənəffüsün sürətlənməsi kimi əlamətlər ortaya çıxa bilər. Bəzi dərmanlar (məsələn, antihistamin və spazmolitiklər) bu riski daha da artıra bilər, buna görə çimərlik planı öncəsi pediatrla məsləhətləşmək vacibdir./e-saglam.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv