Peşə təhsili üzrə qəbulda plan yerlərinin sayı artırılıb

Peşə təhsili üzrə qəbulda plan yerlərinin sayı artırılıb






presstv

"Presstv"az #Bakı, #Peşə təhsili, #Peşə Təhsili üzrə Dövlət Agentliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2025-26-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılacaq”.

presstvaz xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 5.4% faiz artım var:

“Ayrılan plan yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslıdır. Dövlət sifarişli yerlər əvvəlki illərlə müqayisədə artaraq 24 280-ə çatıb”.

Direktorun sözlərinə görə, qəbul yerlərinin 60 faizi regionlar üçün, 40 faizi isə Bakı üçün nəzərdə tutulub:

“Aşpaz, dərzi, elektrik montyoru, mühasib, bərbər-vizajist ixtisasları üzrə daha çox plan yeri ayrılıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv