Litvalı jurnalist: “İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi”

Litvalı jurnalist: “İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi”






presstv

"Presstv"az #Azərbaycan, #Hadisə, #İlham Əliyev, #Şuşa, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümayiş etdirir”.

presstvaz xəbər verir ki, bu barədə III Şuşa Qlobal Media Forumu çərçivəsində “Report”a tanınmış litvalı hərbi jurnalist Riçardas Lapaitis bildirib.

Onun sözlərinə görə, bu keyfiyyətlər xüsusilə Prezident İlham Əliyevin forum iştirakçıları ilə dünən keçirilən görüşü zamanı parlaq şəkildə özünü göstərib. Lapaitis qeyd edib ki, Azərbaycan dövlət başçısının möhkəm siyasi iradəsini, strateji düşüncəsini və beynəlxalq ictimaiyyətlə birbaşa və səmimi dialoqa açıq olduğunu göstərib.

“Görüşün keçmişdə bir çox faciəvi hadisələr yaşamış Xankəndi şəhərində keçirilməsi xüsusilə rəmzi məna daşıyır. Bu, özlüyündə artıq dünyaya bir mesajdır. Mən Prezidentin çıxışından dərin təsirləndim. Belə şeyi nadir hallarda görmək olar. Bunu tam məsuliyyətlə deyirəm: Zalda səslənən suallar çox açıq idi. Zalda 52 ölkənin nümayəndəsi və hər birinin öz maraqları, baxışları vardı”, – deyə o bildirib.

Lapaitis vurğulayıb ki, Prezident İlham Əliyev bütün çətin suallara qətiyyətlə cavab verib.

“Azərbaycan Prezidentinin qarşısında seçim var idi: ya diplomatik ifadələrə və qeyri-müəyyən cavablara üz tutmaq, ya da açıq, dürüst, ədalətli cavab vermək. Dünən gördüyüm, həqiqətən də, mahiyyətdən qaçmaq cəhdi olmadan birbaşa, səmimi cavablar idi. Mən beynəlxalq forumlarda açıqlığın belə səviyyəsi ilə heç vaxt rastlaşmamışdım”, – deyə jurnalist söyləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv