Azov dənizində fövqəladə vəziyyət: Sahilə minlərlə zəhərli meduza çıxıb

Azov dənizində fövqəladə vəziyyət: Sahilə minlərlə zəhərli meduza çıxıb






presstv

"Presstv"az #Güclü külək, #qızdırma, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Krasnodar diyarında Azov dənizinin sahil sularını minlərlə zəhərli meduza “işğal edib”.

presstvaz-ın xəbərinə görə, bu barədə Gazeta.ru məlumat yayıb.

Bildirilir ki, meduzaların kütləvi şəkildə sahilə çıxması xüsusilə Peresıp qəsəbəsinin çimərliklərinə ciddi zərər vurub. Son iki gündə yaşayış məntəqəsinə doğru əsən güclü küləklər nəticəsində meduzalar sahilə tökülüblər.

Rusiyalı ekoloq Veniamin Qolubitçenko Azov dənizində müşahidə olunan meduza “hücumu” ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, bu meduzalarla suda yaxından təmas insan üçün təhlükəli ola bilər – onların sancması ciddi yanıqlara səbəb olur.

Bioloqlar da bu cür meduzaların dəriyə toxunduqda güclü yanıqlara gətirib çıxara biləcəyini bildirirlər.

Söhbət kornerot adlı meduza növündən gedir. Bu, ən zəhərli meduzalardan biri hesab olunur. Onun diametri 80 santimetrə çatır və çəkisi 10 kiloqramdan çoxdur. İnsanla təmas zamanı dəridə qabarcıqlar, titrəmə, baş ağrısı və qızdırma kimi simptomlara səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv