"Real"ın ulduzu malikanəsini SATDI

"Real"ın ulduzu malikanəsini SATDI






presstv

"Presstv"az #Ailə, #Avto, #Belçika, #Günəş, #İspaniya, #Meşə, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tibo Kurtua İspaniyadakı malikanəsini təxminən 4,5 milyon avroya satıb.

presstvaz Trend-ə istinadən bildirir ki,  "El Confidencial" nəşrinin məlumatına görə, "Real"ın qapıçısı Madrid yaxınlığında yerləşən Boadilja-del-Monte şəhərinin nüfuzlu Las Lomas rayonundakı evini satıb.

Üç mərtəbəli binanın ümumi sahəsi 875 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 2 500 kvadratmetrdir. Evdə yeddi yataq otağı, beş hamam otağı və hovuz mövcuddur.

Kurtua bu malikanəni 5 il əvvəl almışdı. İndi isə o, bu evi "elit səviyyəli" başqa bir idmançıya satıb. Qeyd olunur ki, belçikalı qolkiper və ailəsi oktyabr ayına qədər həmin evdə qalacaq – bu müddətdə onların yaxınlıqda inşa edilən yeni evi tamamlanacaq.

Yeni malikanənin ümumi sahəsi 6 000 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 15 000 kvadratmetr olacaq.

Forbesin məlumatına görə, Kurtuanın gələcək evi minimalist dizayna, böyük pəncərələrə və geniş teraslara malik olacaq. Üç mərtəbədən ibarət olacaq bu evdə yarıörtülü zirzəmi mərtəbəsi və avtomobil kolleksiyası üçün nəzərdə tutulmuş yeraltı qaraj olacaq.

Bundan əlavə, layihədə günəş panelləri və geotermal havalandırma sistemi də nəzərdə tutulub. Həyət ərazisində bir neçə hovuz və şəxsi meşə də olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv