Luis Enrike üç futbolçusunu əvəzedici heyətə göndərib

Luis Enrike üç futbolçusunu əvəzedici heyətə göndərib






presstv

"Presstv"az #Aston Villa, #Futbol, #İspaniya, #İspaniyanın, #Milan, #PSJ, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

PSJ-nin baş məşqçisi Luis Enrike icarədən gələn oyunçuları Marko Asensio, Karlos Soler və Milan Şkrinyarı əvəzedici komandaya göndərib.

presstvaz xəbər verir ki, bu barədə “OK Diario” məlumat yayıb.

İspaniyalı mütəxəssis Asensio, Soler və Şkrinyarın əvəzedici komanda ilə məşq etmələrini istəyib. Enrike klubun 29 yaşlı hücumçunu, 28 yaşlı yarımmüdafiəçini və 30 yaşlı müdafiəçini satmasını istəyir. Əvəzedici komandanın iş yükünün az olduğu, bu səbəbdən də futbolçuların zədə almaq və başqa kluba keçidini pozmaq riskinin azaldığı qeyd edilir.

Solerin İspaniyanın “Vilyarreal” klubuna keçməyə yaxın, Asensio və Şkrinyarın isə Türkiyənin “Fənərbaxça” klubu ilə fəal əlaqədə olduğu bildirilir.

Xatırladaq ki, Soler ötən mövsümü icarə əsasında “Vest Hem”də keçirib. Asensio son altı ayda icarə əsasında “Aston Villa”nın formasını geyinib. 30 yaşlı Şkrinyar isə “Fənərbaxça”da çıxış edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv