Millimizin sabiq braziliyalı futbolçusu Azərbaycana gəlir

Millimizin sabiq braziliyalı futbolçusu Azərbaycana gəlir






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Braziliya, #Futbol, #Peru, #Qazax, #Qazaxıstan, #Serbiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan yığmasının sabiq oyunçusu, milliləşdirilmiş legionerlərdən olan Andre Ladaqa Azərbaycana gəlir.

presstvaz Fanat.az-a istinadən xəbər verir ki, bu barədə braziliyalı müdafiəçi özü məlumat verib.

O, 10 gün sonra Bakıda olacaq. Gəlişinin səbəbi özünü yenidən Azərbaycan futbolunda sınamaqdır. 50 yaşlı veteran həm məşqçi kimi çalışmaq, həm braziliyalı oyunçuların Azərbaycana gəlişində vasitəçi olmaq, həm də futbol funksioneri vəzifəsində fəaliyyət göstərmək istəyir. O, ölkəmizə gəldikdən sonra bu yöndə aldığı təklifləri dəyərləndirəcək. Ladaqa hansı klublardan təklif aldığını açıqlamaq istəməyib.

Qeyd edək ki, ölkəmizdə 4 ilə yaxın “Bakı”da çıxış edən Ladaqa paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. Şahin Diniyevin dövründə yığmamıza dəvət olunan braziliyalı millidə 11 matça çıxaraq bir qol vurub. Millimizdəki debütü 2006-cı il sentyabrın 2-də AÇ-2008-in seçmə qrup oyunu çərçivəsində Serbiya millisinə qarşı matç olub. Səfərdə keçirilən oyunda millimiz 0:1 hesabı ilə məğlub olub. Ladaqa 4 gün sonra Bakıda Qazaxıstan millisinə qarşı keçirilən oyunda (1:1) isə qolla yadda qalıb.

Tam adı Andre Luiz Ladaqa olan Andre Ladaqa 1975-ci il fevralın 19-da Braziliyanın Rio de Janyero şəhərində anadan olub. Ampluası müdafiəçi olan bu futbolçunun ilk peşəkar klubu 1994-cü ildə “İtaperuna” olub. 1995-ci ildə “Vasko da Gama”, 1996-cı ildə isə “İnternasional”da forma geyinib. Amma parlamağa başladığı klub “Fluminese” olub. 1997-2000-ci illərdə bu klubda oynayıb və özünü yaxşı tərəfdən göstərib. Daha sonra “Maduera”, “Olario” və “America” kimi klublarda oynadıqdan sonra 2004-cü ildə Azərbaycana gəlib. Braziliyaya futbolçu seçməyə gedən “Bakı” rəsmləri Ladaqanı bəyənərək ölkəmizə dəvət ediblər. Onun karyerasının ən parlaq illəri Azərbaycanda olub. 2004-08-ci illərdə “Bakı” formasında 80 dəfə meydançaya çıxan Ladaqa 6 qolun müəllifi olub. “Bakı”dan sonra 2009-cu ildə “Karvan”da qısa sürən karyerası olub. O, Yevlax təmsilçisində cəmi 2 oyunda forma geyinib. 2009-cu ildən milliyə çağırılmayan Ladaqa 2010-cu ilin yanvarında ölkəsinə qayıdıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv