İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar

İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar






presstv

"Presstv"az #Azərbaycan, #Heydər Əliyev, #İlham Əliyev, #Milli Məclis, #Müharibə, #Polad Bülbüloğlu, #Şuşa, #Şuşa şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu qonağa görkəmli musiqiçinin bu evdə anadan olduğu və uşaqlıq illərini burada keçirdiyi barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün doğulduğu və yaşadığı ev onun ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşanın azad olunmasından sonra digər tarixi-mədəni abidələrimiz kimi Bülbülün ev muzeyinin də bərpasına başlanılıb və 2021-ci ilin avqustunda bərpa işlərinin bitməsindən sonra muzeyin açılışı olub.

Ev-muzeyinin həyətində Bülbülün yeni büstü ucaldılıb. Şuşa şəhəri işğal altında olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü də erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv