Beyonsenin konsertində izdiham: Xəsarət alanlar var

Beyonsenin konsertində izdiham: Xəsarət alanlar var






presstv

"Presstv"az #ABŞ, #Atlanta, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur müğənni Beyonsenin konsertindən sonra ABŞ-nin Atlanta ştatının Vayn-Siti rayonundakı metro stansiyasında izdiham yaranıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Atlanta News First” telekanalı şəhər metropoliteninə istinadən məlumat verib.

Məlumata görə, izdiham nəticəsində 9 nəfər yaralanıb.

“Atlanta metropoliteninin məlumatına görə, sərnişinlərdən biri qışqırmağa və qaçmağa başlayıb ki, bu da eskalatorda basabas yaradıb. Eskalator sürəti artırıb və qəfil dayanıb”, – deyə telekanal bildirib.

Hadisə şahidi olan qadının sözlərinə görə, insanlar təşvişə düşərək qaçmağa başlayıblar. Eskalator dayandığı anda bir neçə nəfər yıxılıb. Qadın əlavə edib ki, o özü də müvazinətini saxlaya bilməyib və üst-üstə yıxılan təxminən 20 nəfərlik qrupun içində düşüb.

Səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə çatdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv