Bakıda görünməmiş dələduzluq: Tanışının telefonu oğurladı, anasına yazdı…

Bakıda görünməmiş dələduzluq: Tanışının telefonu oğurladı, anasına yazdı…






presstv

"Presstv"az #Avto, #Bakı, #Dələduzluq cinayəti, #Hadisə, #Hakim, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda görünməmiş dələduzluq cinayəti baş verib. 

presstvaz xəbər verir ki, Kənan Ziya oğlu adlı şəxs "Okean Pub"da əvvəldən tanıdığı Şövqi Hüseyn oğluna məxsus "İpjone 13" markalı telefonu ələ keçirib. 

Kənan bununla kifayətlənməyərək həmin telefonla "WhatsApp" tətbiqi vasitəsi ilə Şövqinin anasına mesaj yazaraq guya avtoqəza törətdiyini və ona 1000 manat pul göndərməsini istəyib. Şövqinin anası da mesajın oğlu tərəfindən yazıldığını güman edərək deyilən məbləği Kənanın göndərdiyi bank kartına köçürüb. 

Bir qədər keçəndən Şövqi anası ilə danışaraq Kənanın ona məxsus telefonu ələ keçirdiyini bildirib. Qadın söhbət zamanı Kənanın onun adından pul aldığını da öyrənib. 

Kənanın bu hadisədən sonra da cinayət törətdiyi və həbs edildiyi bildirilir. Həmin vaxt yazıda bəhs etdiyimiz cinayətin üstü açılıb. Kənana qarşı Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. 

İşə Xətai Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə baxılıb. Kənan məhkəmədə verilmiş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.  (Qaynarinfo)

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv