Bu ilin ilk altı ayında 22 mindən çox heyvan dişləməsi qeydə alınıb

Bu ilin ilk altı ayında 22 mindən çox heyvan dişləməsi qeydə alınıb






presstv

"Presstv"az #Hadisə, #Pişiklər, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Respublika üzrə 2025-ci ilin ilk altı ayı ərzində 22 406 nəfəri heyvan dişləməsi qeydə alınıb.

presstvaz xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova bildirib.

Vurğulanıb ki, heyvan dişləməsi, cırmaqlaması və tüpürcəklənməsi hadisələri barədə müraciət olduqda tibb müəssisəsi tərəfindən məlumat yaşayış üzrə ərazi Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinə verilir.

Onun sözlərinə görə, hadisə qeydə alındıqda tam məlumat toplanılır, xəsarət almış şəxsin vaksinasiyaya cəlb olunması və kursu vaxtında tamamlanması üzərində nəzarət aparılır:

“Eyni zamanda heyvan üzərində nəzarətin təmin edilməsi üçün baytarlıq idarəsinə məlumat verilir. Respublika üzrə 2024-cü ilin altı ayı ərzində 20 528 heyvan dişləməsi qeydə alınıb, bunlardan 11 313 hadisə məlum heyvanlar, 9 215 hadisə naməlum heyvanlar tərəfindən xəsarət alanlarla bağlı olub. 2025-ci ilin müvafiq dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 1 878 nəfər artaraq 22 406 olub. Bunların 12 101-i məlum, 10 305-i naməlum heyvan tərəfindən qeydə alınan dişləmə hadisələridir. Qeydə alınan dişləmə hadisələri əsasən itlər, pişiklər tərəfindən baş verib”.

A.Qurbanova qeyd edib ki, 2025-ci ilin ilk altı ayı ərzində 2024-cü ilin müvafiq dövrü ərzində olduğu kimi insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv