“Latsio”nun səkkiz min azarkeşi rəhbərliyə etiraz edib

“Latsio”nun səkkiz min azarkeşi rəhbərliyə etiraz edib






presstv

"Presstv"az #Audi, #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyanın “Latsio” klubunun azarkeşləri rəhbərliyə etiraz ediblər.

presstvaz “Corriere della Sera”ya istinadən xəbər verir ki, “qartallar”ın tərəfdarları paytaxt Romada klubun prezidenti Klaudio Lotitoya qarşı etiraz yürüşü keçiriblər.

Təşkilatçıların sözlərinə görə, aksiyada 8 minə yaxın insan iştirak edib. Əsas bannerdə “Onu bura siyasət gətirdi, siyasət də onu aparmalıdır” yazılıb.

Həmçinin bildirilib ki, aksiya zamanı “Latsio” azarkeşlərindən ibarət nümayəndə heyəti Romanın tədbirlər, idman, turizm və moda üzrə müşaviri Alessandro Onorato ilə görüşüb. İclasda klubun yenidən qurulmasında maraqlı olduğu “Flaminio” stadionu ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Klaudio Lotito 2004-cü ildən “Latsio”nun prezidentidir. O, həmçinin İtaliyanın senatorudur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv