Tərləmənin artmasına səbəb olan məhsullar hansılardır?

Tərləmənin artmasına səbəb olan məhsullar hansılardır?






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #kərə yağı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsti havalarda tərləməni azaltmaq üçün acı ədviyyatlı yeməklərdən və kofeindən imtina etmək lazımdır.

presstvaz bildirir ki, bu barədə Böyük Britaniyadan olan əczaçı Abbas Kənani danışıb.

Kananinin sözlərinə görə, rasiondan mümkün qədər çox yağlı qidaları çıxarmaq lazımdır. Məsələ burasındadır ki, fastfud, yağlı ət, kərə yağı və qənnadı məmulatları xolesterinin səviyyəsini artıra bilər. Bu da öz növbəsində, qan dövranı sisteminin işini poza və tərləmənin artmasına gətirib çıxara bilər.

Həmçinin isti hava üçün “uyğun olmayanlar” siyahısında ədviyyatlar və kofein də var – bu məhsullar mərkəzi sinir sistemini stimullaşdırır. Bu xüsusiyyət təkcə canlandırıcı təsir göstərmir, həm də bədənin termogenezini artırır və bu da tərləməyə imkan yaradır.

Mütəxəssis əlavə edib ki, istidə su balansını saxlamağı unutmaq olmaz. O izah edib ki, susuzlaşma tərləməni artırır, çünki bədən dərini soyutmaq üçün daha çox güc sərf etməlidir. Əczaçı daha az tərləmək istəyənlərə pis vərdişlərdən əl çəkməyi, kifayət qədər yatmağı və daha az əsəbiləşməyi tövsiyə edib. Kənani həmçinin təbii materiallardan hazırlanmış boş geyimlərə üstünlük verməyi də məsləhət görüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv