Qırğızıstanda alimlər su altında qalan şəhərin sirrini araşdırırlar

Qırğızıstanda alimlər su altında qalan şəhərin sirrini araşdırırlar






presstv

"Presstv"az #Hadisə, #Qırğızıstan, #Rusiya, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyalı arxeoloqlardan ibarət ekspedisiyaı Qırğızıstanda yerləşən İssık-Kul gölündə su altında qalan yaşayış məntəqəsinin tədqiqinə başlayıb. 10-13-cü əsrlərə aid obyekt sahildən bir kilometr məsafəd, təxminən beş metr dərinlikdə yerləşir. Yaşayış məntəqəsinin uzunluğu 5 kilometrə qədər, eni isə 1 kilometrə yaxındır.

presstvaz knows.kg-yə istinadən xəbər verir ki, ekspedisiya qrupuna müxtəlif sahələr üzrə mütəxəssislər daxildir: arxeoloqlar, dendroxronoloqlar, paleoseysmoloqlar. Layihə rəhbəri bildirib ki, tədqiqat üçün müasir metodlardan, o cümlədən dalğıcların iştirakı olmadan kəşfiyyat və çəkiliş aparmağa imkan verən sualtı dronlardan istifadə olunur.

“Sualtı dronlar batmış yaşayış məntəqəsinin vəziyyəti haqqında ətraflı məlumat almağa, sualtı obyektlərin plan və xəritələrini tərtib etməyə imkan verir. Bu, ənənəvi dalğıc əməliyyatları ilə müqayisədə daha qənaətli və təhlükəsiz üsuldur”, – Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun nümayəndəsi bildirib.

Alimlər diqqətlərini əsasən, qədim yaşayış məskəninin məhv olma səbəblərini müəyyən etməyə yönəldiblər. Mütəxəssislər onun yoxa çıxmasının seysmik hadisə ilə əlaqəli olduğunu ehtimal edirlər. Paleoseysmoloqlar zəlzələlərin izlərini və onların regionun landşaftına təsirini öyrənirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv