Üfüqdə ticarət müharibəsi: Aİ ABŞ-yə qarşı 21 milyard avroluq cavab zərbəsi hazırlayır

Üfüqdə ticarət müharibəsi: Aİ ABŞ-yə qarşı 21 milyard avroluq cavab zərbəsi hazırlayır






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Avropa İttifaqı (Aİ), #Avropa Komissiyası, #Donald Tramp, #İtaliya, #Kanada, #Meksika, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əgər Brüssel və Vaşinqton arasında razılaşma əldə olunmasa, Avropa İttifaqı (Aİ) ABŞ-dən idxal olunan mallara qarşı ümumi dəyəri 21 milyard avro olan gömrük rüsumları tətbiq etməyə hazırdır.

Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani “Il Messaggero” qəzetinə müsahibəsində bildirib.

“Birləşmiş Krallıq kimi əsaslı razılaşma əldə etmək və gələcək aylarda ayrı-ayrı ticarət bölmələri üzrə texniki danışıqlara başlamaq mümkündür”, – deyə Tayani vurğulayıb.

O əlavə edib ki, əgər razılaşma baş tutmasa, Aİ artıq 21 milyard avro məbləğində gömrük rüsumlarını əhatə edən bir siyahı hazırlayıb və ona ikinci hissə də əlavə oluna bilər.

“Əminəm ki, irəliləyiş olacaq. Gömrük rüsumlarından hamı zərər görür, o cümlədən ABŞ. Əgər fond bazarları çökərsə, bu, amerikalıların pensiya və yığımlarını riskə atacaq. Bir daha təkrar edirəm: bizim gələcək hədəfimiz – Kanada, ABŞ, Meksika və Avropa arasında sıfır tarifli, açıq bazar yaratmaqdır”, – deyə İtaliyanın xarici işlər naziri vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Avropa Komissiyası rəhbərinə ünvanladığı məktubu dərc edib. Həmin məktubda bildirilir ki, 1 avqustdan etibarən ABŞ Avropa İttifaqından idxal olunan mallara qarşı 30%-lik gömrük rüsumu tətbiq edəcək. Məktubda, həmçinin qeyd olunub ki, bu yeni tariflər “hazırda Aİ malları üçün tətbiq edilən 10%-lik sektoral rüsumlardan ayrıca” həyata keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv