ING Azərbaycanda 2025-ci il üçün inflyasiya proqnozunu açıqlayıb

ING Azərbaycanda 2025-ci il üçün inflyasiya proqnozunu açıqlayıb






presstv

"Presstv"az #Azərbaycan, #Beynəlxalq Valyuta Fondu, #Dünya Bankı, #Fitch Ratings, #İqtisadiyyat Nazirliyi, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2025-ci il üçün ortaillik inflyasiyanı 5.3% səviyyəsində proqnozlaşdırır.

presstvaz “Report”a istinadən xəbər verir ki, əvvəlki proqnozla müqayisədə gözləntilər 0.1 faiz bəndi artıb.

Bank analitikləri III rübdə inflyasiyanın 4.6% (0.1 faiz bəndi artım), IV rübdə isə 4.8% (+ 0.1 faiz bəndi) olacağını gözləyirlər.

ING 2026-cı ilin I rübündə ortaillik inflyasiyanın 4.6%, II rübdə 4.9%, III rübdə 5.2%, IV rübdə isə 5.7% olacağını gözləyir. Ümumilikdə, ING 2026-cı ildə Azərbaycanda ortaillik inflyasiyanın 5.1% səviyyəsində olacağını (əvvəlki proqnozla müqayisədə dəyişiklik yoxdur) proqnozlaşdırır.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə ortaillik inflyasiya 5.1%, gələn il isə 4.3% təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5.5%, 2026-cı ildə isə 3.8% təşkil edəcək.

BMT-nin gözləntilərinə görə, bu il inflyasiya 3.6%, 2026-cı ildə isə 3.1% səviyyəsində olacaq.

Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda ortaillik inflyasiyanın 2.3% səviyyəsində olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ortaillik inflyasiya 5.7%, illik inflyasiya 5.2%, 2026-cı ildə ortaillik inflyasiya 4.5%, 2027-2029-cu illərdə isə 4% təşkil edəcək.

“S&P Global” və “Moody’s” beynəlxalq reytinq agentlikləri 2025-ci ildə Azərbaycanda ortaillik inflyasiyanı 4%, 2026-cı ildə isə 3% səviyyəsində, “Fitch Ratings” isə 2025-ci ildə 5.3%, 2026-cı ildə isə 4.6% səviyyəsində proqnozlaşdırır.

Xatırladaq ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 2.2%, 2025-ci ilin yanvar-iyun aylarında isə 5.9% təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv