Bu ərazilər 5 gün qazsız qalacaq

Bu ərazilər 5 gün qazsız qalacaq






presstv

"Presstv"az #Qazax, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax" və "Qazax-Saquramo" yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14.07.2025-ci il tarixindən etibarən 18.07.2025-ci il tarixində işlər başa çatanadək "Şıxlı" və "Yuxarı Salahlı" ölçü qovşaqlarından, 15.07.2025-ci il tarixindən etibarən 17.07.2025-ci il tarixində işlər başa çatanadək "Ağasıbəyli" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

presstvaz xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv