Litva ordusu Belarusdan ölkə ərazisinə daxil olan dronun niyə vurulmadığına aydınlıq gətirib

Litva ordusu Belarusdan ölkə ərazisinə daxil olan dronun niyə vurulmadığına aydınlıq gətirib






presstv

"Presstv"az #Belarus, #Hərbi Hava Qüvvələri, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dinc dövrdə hava hədəflərinin məhv edilməsi tamamilə istisna hallarda həyata keçirilir”.

presstvaz “Delfi” saytına istinadla xəbər verir ki, bu barədə Litva ordusunun iyulun 10-da Belarusdan ölkə ərazisinə daxil olan dronun niyə vurulmamasına dair bəyanatda bildirilib.

“Sülh dövründə sivil ölkələr dövlət sərhədini pozsalar belə, təhlükə yaratmayan obyektləri vurmurlar.

Sülh dövründə hava hədəfləri izlənilir, identifikasiya olunur və yalnız müdafiə nazirinin qərarı ilə məhv edilir”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, NATO Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən də məhvetmə qərarı qəbul oluna bilər.

Bir şərtlə ki, hədəfi alyansın hava məkanının patrulu üzrə missiyasının qırıcıları vursunlar.

Xatırladaq ki, iyulun 10-da Belarusdan Litva ərazisinə daxil olan obyekt yerə düşüb. Sonradan məlum olub ki, bu, Rusiyanın “Qerbera” pilotsuz uçuş aparatıdır.

“Qerbera” “Geran-2” zərbə dronunu təqlid edən faner və penoplastdan hazırlanmış saxta hədəfdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv