22 yaşlı qızda xərçəng aşkarlandı

22 yaşlı qızda xərçəng aşkarlandı






presstv

"Presstv"az #Avstraliya, #Həkim, #İspaniya, #İspaniyanın, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyada 22 yaşlı qız xərçəng simptomlarını menstruasiya ilə səhv salıb. Şarlotta Lasike adlı qız uzun müddət bağırsaq xərçənginin simptomlarını menstruasiya ağrısı hesab edib.

presstvaz xəbər verir ki, bu barədə İspaniyanın "El Español" nəşri məlumat yayıb.

Lasikenin sözlərinə görə bir gün qarın ağrısı, spazm və köp kimi narahatlıqlar yaşamağa başlayıb. O, bu əlamətləri qidalanma ilə bağlı səhvlər və menstruasiya ilə əlaqələndirib. Lakin vəziyyət getdikcə pisləşib. Daha sonra tibb təhsili alan bir rəfiqəsi onu mütləq həkimə getməyə razı salıb.

İlkin müayinədə qastroenteroloq belə gənc yaşda bağırsaq xərçəngi ehtimalını istisna edib. Lakin aparılan əlavə testlər nəticəsində Lasikenin bağırsaq xərçənginə tutulduğu məlum olub.

Məlumata görə həkim bu diaqnozdan təəccüblənib, çünki onun praktikasında bu qədər gənc yaşda bu xəstəliklə qarşılaşan ilk pasiyent Lasike olub. Qeyd edək ki, bu diaqnoz əsasən 50 yaşdan sonra müəyyən edilir.

Gənc qadın kimyaterapiya və cərrahi müdaxilə nəticəsində remissiya mərhələsinə keçib və hazırda vəziyyəti sabitdir.

Xatırladaq ki, daha əvvəl məktəbdə keçirilən göz müayinəsi zamanı 7 yaşlı bir uşağın beyində xərçəng şişi aşkarlanmışdı.

İsmayıl
presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv