Rusiyada meteorun uçuşu görüntüləndi

Rusiyada meteorun uçuşu görüntüləndi






presstv

"Presstv"az #Bakı, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyulun 11-nə keçən gecə saat 01:54-də (Bakı vaxtı ilə 00:54 – red.) Rusiyanın Çelyabinsk vilayəti üzərindən meteor uçub. Səma cisminin uçuşu küçə kameraları tərəfindən qeydə alınıb.

presstvaz xəbər verir ki, bu barədə “74.ru” portalı məlumat yayıb.

Yerli sakinlərdən biri də həmçinin, işıq topunun görüntülərini paylaşıb. O, videonu Çelyabinskin cənub hissəsində çəkdiyini qeyd edib.

Meteorun uçuşu Kurqan, Maqnitoqorsk və 700 km radiusda olan digər şəhərlərdə görünüb.

Rusiyanın Ural Federal Universitetinin alimi Viktor Qroxovski TASS-a şərhində qeyd edib ki, cisim insanlar üçün təhlükə yaratmır. Üstəlik, onun sözlərinə görə, hələlik meteorun hara düşdüyü barədə məlumat yoxdur. Onun yerinin dəqiq müəyyən edilməsi bir neçə gün çəkəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv