PKK bu gün silahı yerə qoyacaq

PKK bu gün silahı yerə qoyacaq






presstv

"Presstv"az #İraq, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında etdiyi çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın “Daxili cəbhəni gücləndirək” mesajı ilə start verilən “Terrorsuz Türkiyə” quruculuğu prosesinin silahsızlaşma mərhələsinin başlamasına bir neçə saat qalıb.

presstvaz “HaberGlobal”a istinadən xəbər verir ki, bu gün Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatı silahı təhvil verməyə başlayacaq.

Qeyd edilir ki, bu gün bütün diqqətlər Şimali İraqda bir qrup PKK-çıların silahlarını təhvil verəcəyi məqama yönəlib.

Bildirilir ki, tarixi addım cümə günü Süleymaniyyədə gizli yerdə atılacaq. 20-30 nəfərlik PKK-çı qrup silahları təhvil verəcək və gəldikləri bölgəni silahsız tərk edəcəklər. Onlarla birlikdə PKK və Kürdüstan İcmalar İttifaqı rəhbərliyindəki şəxslər də qruplaşma ilə silahı yerə qoyacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv