ABŞ-də nəqliyyat naziri NASA-nın rəhbəri təyin edildi

ABŞ-də nəqliyyat naziri NASA-nın rəhbəri təyin edildi






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #İlon Mask, #Münaqişə, #Nəqliyyat, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp nəqliyyat naziri Şon Daffini NASA-nın müvəqqəti rəhbəri təyin edib.

presstvaz xəbər verir ki, o, bu barədə özünün “Truth Social” şəbəkəsində yazıb.

“Şon hava hərəkətinə nəzarətə dair müasir sistemlərin yaradılması da daxil olmaqla yollarımızı və körpülərimizi bərpa edərək, onları səmərəli və gözəl hala gətirməklə yanaşı, ölkəmizin nəqliyyat məsələləri ilə məşğul olaraq, çox böyük iş görür. O, qısa müddətə də olsa, getdikcə daha çox əhəmiyyət kəsb edən Kosmik Agentliyin fantastik bir lideri olacaq”, – deyə Tramp yazıb.

2024-cü ilin dekabrında Tramp milyarder astronavt Cared Ayzekmanı NASA-nın rəhbəri vəzifəsinə namizəd kimi irəli sürmüşdü. İlon Maskın müttəfiqi hesab edilən Ayzekmanın namizədliyinin milyarderin Trampa təsiri ilə bağlı qəbul olunduğu deyilirdi.

Aprel ayında Ayzekmanın namizədliyi təsdiqlənsə də, iyunun əvvəlində geri götürülüb. Tramp bu qərarı Maskla münaqişənin kəskinləşməsi fonunda verib. Ayzekman özü də iddia edib ki, namizədliyinin geri götürülməsinə səbəb Trampla Mask arasında münasibətlərin korlanmasından sonra müşavirlərin təzyiqi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv