Xocalı soyqırımı zamanı yaralanmış şəxs: “Qardaşım hələ də itkindir”

Xocalı soyqırımı zamanı yaralanmış şəxs: “Qardaşım hələ də itkindir”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Elektrik cərəyanı, #Ermənistan, #Hakim, #Müharibə, #Müharibə cinayətləri, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi iyulun 10-da işini Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində zərər çəkmiş şəxslərin ifadələri ilə davam etdirib.

presstvaz xəbər verir ki, zərərçəkmiş şəxs Vüqar Eminov ifadəsində 1994-cü il aprelin 25-də Ağdam rayonunun Güllücə kəndində əsir götürüldüyünü, əsirlik müddətində Şuşa həbsxanasında, Xankəndidəki xüsusi rejimli təcridxanada saxlanıldığını bildirib. O deyib ki, əsirlik müddətində özü və digər azərbaycanlı əsir-girovlar işgəncələrə məruz qalıb, armatur və digər ağır əşyalar ilə döyülüblər, bədənlərinə elektrik cərəyanı verilib.

O, digər azərbaycanlı əsir və girovlarla birlikdə işləmək üçün Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıb, 1995-ci il oktyabrın 9-da Qadir və Bayram adlı azərbaycanlı əsir-girovla oradan qaçıb. Oktyabrın 22-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazilərə keçməklə əsirlikdən xilas olub.

Zərərçəkmiş şəxs İmran Quliyev ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalını ağır zirehli texnika və silahlardan atəşə tutub yandırmağa başladıqlarını, soyqırımı zamanı qardaşı Zakirin, bacısı Zöhrənin qətlə yetirildiyini bildirib. O deyib ki, düşmən bacısı Zöhrənin meyitini götürməyə imkan verməyib. Bacısının nəşini üç gün sonra götürə bilib. Qardaşı isə hələ də itkindir. İ.Quliyev isə özü də yaralanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv