Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar

Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Dollar, #Kaliforniya, #Şahzadə Harri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şahzadə Harri və Meqan Markl qənaət siyasətini davam etdirirlər. Sasseks hersoqu və hersoginyası Kaliforniyada fəaliyyət göstərən komandalarında daha bir neçə əməkdaşla yollarını ayırıblar.

presstvaz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Artıq ictimaiyyətlə əlaqələrə cavabdeh olan şəxsləri öz heyətlərində saxlamaq əvəzinə, cütlük bu sahədə xidmət göstərən kənar PR agentliyi ilə əməkdaşlıq edəcək. Səbəb – daimi ştatın saxlanılmasının həddindən artıq baha başa gəlməsidir.

Baxmayaraq ki, Meqan Marklın “As Ever” brendinin uğurlu startı və “Netflix”lə iri müqaviləsi mövcuddur, cütlük yenə də ciddi xərclərlə üzləşir. Məsələn, təkcə təhlükəsizlik tədbirlərinə illik təxminən 2 milyon dollar, Montesitodakı malikanənin vergilərinə isə təxminən 300 min dollar xərclənir.

Bir insayderin sözlərinə görə, Harri və Meqan maliyyə vəsaitlərini daha effektiv şəkildə bölüşdürmək istəyirlər.

“Ştatlı əməkdaş saxlamaq artıq bir lüksdür. Qısamüddətli müqavilələr bağlamaq daha sərfəlidir”, – deyə mənbə vurğulayıb.

Mütəxəssislər hesab edirlər ki, bu addımlar tam əsaslandırılıb. Çünki ABŞ-də yaşamaq kifayət qədər baha başa gəlir və maliyyə baxımından müstəqil olmaq, hətta keçmiş kral ailəsi üzvləri üçün belə, asan deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv