MKİ rəhbəri: “ABŞ-nin Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutu var”

MKİ rəhbəri: “ABŞ-nin Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutu var”






presstv

"Presstv"az #ABŞ, #ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, #Ağ Ev, #Araşdırma, #Donald Tramp, #Münaqişə, #Rusiya, #Silahlı münaqişə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff Prezident Donald Trampa Ukraynada kimyəvi silahdan istifadəyə dair sübutu təqdim etməyə hazır olduğunu bildirib.

presstvaz “Kommersant” nəşrinə istinadla xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən iclasda deyib.

“Əlbəttə, əgər kimyəvi silahdan istifadə sənədləşdirilibsə, bu, qeyri-qanunidir və bütün beynəlxalq silahlı münaqişə qaydalarını və razılaşmaları pozur. Mən kəşfiyyat məlumatlarını burada sizə təqdim edə bilmərəm, onları ayrılıqda sizə təqdim edəcəyəm” , – deyə o vurğulayıb.

Tramp MKİ rəhbərinin bəyanatına cavab olaraq söyləyib ki, beynəlxalq hüququn pozulmasına yol verməyəcək.

Xatırladaq ki, iyunun 26-da Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Ukraynada döyüş bölgəsində zəhərli maddələrin aşkar edildiyini bildirən hesabat yayıb.

Rusiyalı mütəxəssislər araşdırma ilə tanış olacağını bildiriblər, lakin təşkilatın mənbələrinə etimadsızlıq ifadə ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv