“Crocus”da terror aktı ilə bağlı cinayət işi Moskva hərbi məhkəməsinə təqdim olunub

“Crocus”da terror aktı ilə bağlı cinayət işi Moskva hərbi məhkəməsinə təqdim olunub






presstv

"Presstv"az #Cinayət işi, #Hadisə, #Hakim, #Moskva vilayəti, #Rusiya, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə bağlı 19 nəfər barəsində açılmış cinayət işi İkinci Qərb Dairə Hərbi Məhkəməsinə təqdim olunub.

presstvaz-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Məhkəmənin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, iş üzrə bütün prosessual məsələlər bir ay ərzində həll olunmalıdır. İşə üç hakimdən ibarət məhkəmə heyəti baxacaq.

Cinayət işinin materialları 450 cildi əhatə edir və buraya hadisə ilə bağlı toplanmış maddi sübutlar, həmçinin çoxsaylı məhkəmə-tibbi ekspertizaların nəticələri daxildir. Məhkəmə prosesinin harada keçiriləcəyi hələ müəyyənləşdirilməyib. Qeyd olunur ki, məhkəmənin əsas binasında kifayət qədər yer olmadığından digər məkanlara baxılır. Eyni zamanda, prosesin ictimaiyyət və media üçün açıq və ya qapalı keçirilməsi məsələsinə də yaxın günlərdə qərar veriləcək.

İttiham olunan şəxslər sırasında həm terror aktını bilavasitə törədənlər, həm də onlara yardım edənlər yer alır. İttiham olunan bütün şəxslər Rusiyanın terrorçular siyahısına daxil edilib.

Rusiya Baş Prokurorluğunun yaydığı məlumata əsasən, hadisənin təşkilatçıları – hazırda axtarışda olan iki Tacikistan vətəndaşı və digər naməlum şəxslər İŞİD terror təşkilatının tərkibində fəaliyyət göstərən “Vilayəti Xorasan” qrupunun üç hücrəsini Rusiya ərazisində yaradaraq, Tacikistan vətəndaşlarını terror aktı törətməyə yönləndiriblər.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv