Ordubadda miniparklar salınacaq

Ordubadda miniparklar salınacaq






presstv

"Presstv"az #Ordubad

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ordubadın yenilənən Baş planında ətraf mühitin qorunması və davamlı inkişaf əsas prioritetlərdəndir. Bu çərçivədə mövcud yaşıl ərazilərin qorunması, yeni ağacların əkilməsi və təbii resurslardan ağıllı istifadə vacib hədəflər kimi müəyyən edilib. Ənənəvi həyat tərzinin ayrılmaz hissəsi olan kəhrizlər də qorunacaq və şəhərin ümumi həyatında öz funksional rolunu davam etdirəcək. Bu qədim su şəbəkələri həm mədəni irs, həm də müasir dövrdə praktik əhəmiyyət daşıyan elementlər kimi qiymətləndirilir.

presstvaz xəbər verir ki, layihəni icra edən İsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Vist layihə ilə bağlı bir sıra vacib məqamlara toxunub.

“Sizə bir nümunə göstərim – “communal pocket parks”, yəni cəmiyyətin istifadəsinə açıq olan kiçik yaşıl sahələr. Bunlar miniparklar kimi şəhərin müxtəlif nöqtələrində yaradılacaq. İnsanlar burada görüşə, söhbət edə, vaxt keçirə və uşaqlar oyun oynaya biləcəklər. Bu parklarda geniş ağacəkmə işləri aparılacaq, kölgəli sahələr yaradılacaq. Eyni zamanda, digər yaşayış məntəqələrində də ağac əkilməsi və kölgəlik sahələrin artırılması nəzərdə tutulur”, – o bildirib.

Layihənin əsas məqsədlərindən biri şəhərin yaşam şəraitini yüksəltməkdir. İnsanların yaşadıqları məkandan və şəhər mühitindən məmnun qalması üçün bütün detallar düşünülüb. Bu yanaşma Ordubadın həm ekoloji, həm də sosial baxımdan daha sağlam və cəlbedici bir şəhərə çevrilməsinə xidmət edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv