Ordubadda ağıllı kənd təsərrüfatı modeli tətbiq ediləcək

Ordubadda ağıllı kənd təsərrüfatı modeli tətbiq ediləcək






presstv

"Presstv"az #Ordubad, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ordubadın yenilənən Baş planı çərçivəsində kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi, eləcə də təhsil və səhiyyə infrastrukturunun genişləndirilməsi əsas hədəflərdəndir.

presstvaz-ın məlumatına görə, layihənin hazırlanması prosesinə yerli əhali, mütəxəssislər və sahə üzrə ekspertlər də cəlb olunublar. Müxtəlif mərhələlərdə onların fikirləri nəzərə alınaraq planlara inteqrasiya olunur.

Layihəni həyata keçirən İsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Vist bu barədə ətraflı məlumat verib:

“Ordubadda yeni iş yerlərinin yaradılmasına yönəlik tədbirlər görüləcək. Burada yaşamaq və işləmək istəyənlər üçün uyğun infrastruktur təmin ediləcək. Hədəfimiz yalnız şəhəri dəyişmək deyil, mövcud iqtisadi strukturlara yeni nəfəs verməkdir. Məsələn, kənd təsərrüfatı sahəsində “smart” – yəni ağıllı texnologiyalara əsaslanan model tətbiq olunacaq. Bu həm məhsuldarlığı artıracaq, həm də yeni filial və müəssisələrin yaranmasına şərait yaradacaq”.

Angela Vist təhsil sahəsində də inkişafın nəzərdə tutulduğunu, yeni məktəblərin tikintisi və səhiyyə infrastrukturunun genişləndirilməsi istiqamətində addımların atılacağını bildirib:

“Bu yeniliklər xüsusilə gənclərin Ordubadda qalmasına, burada yaşayıb yaratmasına stimul verəcək. Məqsəd Ordubadın simasını dəyişmək deyil, onu daha da gücləndirib gələcəyə daşımaqdır”.

Hazırda Baş plan üzrə əsas mərhələlər tamamlanmaq üzrədir. Şəhərdə nəzərdə tutulan dəyişikliklər tədricən həyata keçiriləcək və sakinlər bu inkişafı mərhələli şəkildə hiss edəcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv