Ordubadda müasir mənzillərin tikintisi nəzərdə tutulur

Ordubadda müasir mənzillərin tikintisi nəzərdə tutulur






presstv

"Presstv"az #Ordubad

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ordubad, Şahbuz, Culfa və Babək şəhərlərinin Baş planları beynəlxalq təcrübəyə əsaslanaraq yenilənir. Bu istiqamətdə işləri İsveçrənin “SA Partners” şirkəti həyata keçirəcək. Məqsəd şəhərlərin gələcək inkişafını düzgün planlamaq, tarixi irsi qorumaq və müasir şəhərsalma standartlarına uyğun yeni nəfəs gətirməkdir.

presstvaz xəbər verir ki, xüsusilə Ordubadın baş planı xüsusi diqqət mərkəzindədir. Şəhərin özünəməxsus memarlıq üslubu, qədim məhəllələri və tarixi ruhu layihənin əsas ilham mənbəyidir. Tarixi Sərşəhər kimi ərazilərin qorunması prioritet hesab olunur. Eyni zamanda bu məkanlarda müasir şəhərsalma prinsipləri tətbiq edilərək, sakinlərin rahatlığı üçün yeni həllər təklif ediləcək.

Şirkətin nümayəndəsi Angela Vist layihə ilə bağlı bir sıra vacib məqamları açıqlayıb. O bildirib ki, Baş planda yeni yaşayış məntəqələrinin salınması və müasir standartlara cavab verən mənzillərin inşası nəzərdə tutulur. Bununla yanaşı, şəhərin tarixi hissələri ilə yanaşı, müxtəlif funksiyalara malik yeni binalar, turizm infrastrukturu, inzibati və ictimai binaların tikintisi də planda əks olunacaq. Bütün bu addımlar Ordubad sakinlərinin həyat keyfiyyətini yüksəltməklə yanaşı, şəhərin funksionallığını da artıracaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv