İran Çinin verdiyi raket komplekslərinin pulunu neftlə ödədi

İran Çinin verdiyi raket komplekslərinin pulunu neftlə ödədi






presstv

"Presstv"az #Ballistik raket, #Çin, #İran, #İsrail, #Müharibə, #Rusiya, #Tehran, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin 12 günlük İran-İsrail müharibəsinin başa çatmasından sonra Tehrana “HQ-9B” zenit-raket kompleksləri göndərib. Bildirilir ki, İran bu silahların ödənişini Çinə verdiyi neftlə həyata keçirib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Qeyd olunur ki, “HQ-9B” Çinin uzun mənzilli hava hücumundan müdafiə sistemidir. Kompleks təyyarələrə, raketlərə və helikopterlərə qarşı nəzərdə tutulub. Bundan əlavə, o, ballistik raketləri vurmağa qadir olan ilk Çin istehsalı zenit-raket sistemidir. “HQ-9B” Rusiya istehsalı olan “S-300” bazasında hazırlanıb.

Qeyd edək ki, İranın müdafiə naziri Əmir Nəsirzadə iyunun 26-da, müharibənin bitməsindən iki gün sonra Çinə rəsmi səfər edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv