Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüblər

Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüblər






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Ordusu, #Kitab, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri davam edir.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Görüşdən əvvəl Krallığın Baş Qərargahında rəsmi qarşılanma mərasimi təşkil olunub.

Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, iki ölkə orduları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv