Nazir müavini: “Sabit aylıq tarif hər bir abonent üçün bir manatı aşmayacaq”

Nazir müavini: “Sabit aylıq tarif hər bir abonent üçün bir manatı aşmayacaq”






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Energetika Nazirliyi olaraq qeyd etmək istəyirik ki, sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölüşdürülməsi və bu məqsədin tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması yolu ilə əldə olunmasıdır”.

presstvaz xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeyxanov parlamentin bugünkü plenar iclasında “Qaz təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, sabit aylıq tarif hər bir abonent üçün bir manatı aşmayacaq:

“Qanun layihəsində təsbit olunan və hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün az da olsa azalmasına iqtisadi zəmin yaradacaq. Sabit tarifin maliyyə tutumu məsələsinə gəldikdə isə, aparılmış hesablamalara əsasən, əvvəlki tarif dövrlərinə dair indikativ təhlillər göstərir ki, bu məqsədlə nəzərdə tutulan faktiki xərclərin həcmi ümumi xərclərin iki faizindən aşağıdır. Bu isə sabit tarifin əhalinin hər bir abonenti üçün aylıq bir manatdan artıq olmayacağı anlamına gəlir. Sabit tarif çərçivəsində ödənilən xərclər hazırda aktiv istehlakçılar tərəfindən mövcud tarif daxilində artıq ödənilir və bu yanaşma əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv