Tahir Mirkişili: “Azərbaycan artıq üçüncü dəfədir ki, ECO sammitini təşkil edirdi”

Tahir Mirkişili: “Azərbaycan artıq üçüncü dəfədir ki, ECO sammitini təşkil edirdi”






presstv

"Presstv"az #Azərbaycan, #Dollar, #elmi tədqiqat, #Hadisə, #Milli Məclis, #Müharibə, #Münaqişə, #Orta Dəhliz, #Şuşa, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) regionun ən nüfuzlu iqtisadi təşkilatıdır. 570 milyon əhali, 2.6 trilyon dollarlıq iqtisadi gücə malik olan təşkilat üzvləri xüsusilə də Şərq və Qərb arasında iqtisadi əlaqələrdə mühüm gücə və potensiala sahibdirlər”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Mirkişili deyib.

O bildirib ki, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO sammitini təşkil edirdi:

“Lakin tədbir bu dəfə xüsusi əhəmiyyətə malik idi. Çünki Qarabağda keçirilirdi. Xankəndi ilə bağlı bu seçim çoxqatlı simvolik anlam daşıyırdı. Uzun münaqişədən sonra Xankəndidə ilk dəfə beynəlxalq zirvə görüşünün keçirilməsi ölkəmizin suverenliyinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan Prezidentinin Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirirdi. Tədbir həm də müharibədən sonrakı sülh prosesində Azərbaycan diplomatiyasının nüfuzunun gücləndirilməsinə böyük töhfə oldu”.

“Azərbaycan Prezidentinin təşəbbüsləri nəticəsində ilk dəfə olaraq ECO-da mühüm yeniliklər tətbiq olundu. Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu, Şuşada Sahibkarlar Forumu – yəni həftəlik tədbirlərin keçirilməsi mühüm hadisə oldu. Eyni zamanda, ilk dəfə olaraq ECO sonrakı 10 illik fəaliyyət planında yalnız hökumətlərin deyil, həm də gənclər, qadınlar və sahibkarların təşəbbüsləri nəzərə alındı.

Azərbaycanda yaradılan təşkilatın Elmi tədqiqat və Təmiz enerji mərkəzləri bütün üzv ölkələrə məsələlərə elmi yanaşma və yaşıl gündəlik prizmasından baxmaq imkanı verəcək. Ümumiyyətlə, yaşıl enerjiyə keçmək kimi çətin bir prosesdə hər kəsdən öndə olan Azərbaycanın öz təcrübəsini üzv ölkələrlə bölüşmək istəyi yüksək nəticələr verməkdədir. Eləcə də şimalda və cənubda müharibələrin alovlandığı bir vaxtda Azərbaycandan keçən Orta Dəhliz, Zəngəzur dəhlizi, Qərbi azərbaycanlıların öz yurdlarına dönməsi məsələlərinin gündəmə gəldiyi bir platformanın Xankəndidən ucalan səsi bütün dünyaya açıq mesaj oldu”, – deyə deputat əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv