“Azercell” telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu

“Azercell” telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu






presstv

"Presstv"az #Azercell, #Microsoft, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell Telekom” MMC telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan “TeleManagement Forum”a (TM Forum) rəsmi üzv olub. Rəqəmsal transformasiyanı təşviq edən bu təşkilatın üzvləri sırasında “Vodafone”, “Orange”, “Deutsche Telekom” kimi qlobal operatorlarla yanaşı, “Amazon”, “Microsoft” və “Nokia” kimi texnologiya nəhəngləri də yer alır.

Dünyanın aparıcı şirkətlərini bir araya gətirən bu platformaya qoşulmaqla “Azercell” xidmətlərin inkişafı, müştəri təcrübəsinin optimallaşdırılması və tərəfdaşlıq ekosisteminin genişləndirilməsini dəstəkləyən geniş imkanlara çıxış əldə edir.

“TM Foruma üzvlüyümüz ən yaxşı təcrübələrin tətbiqinə və daimi inkişafa dair formalaşdırdığımız vizyonun daha bir mərhələsidir”, – deyə “Azercell”in Məlumat Analitikası və Süni İntellekt departamentinin direktoru Sabir Mərdanov bildirib. “Aparıcı rəqəmsal xidmət təminatçıları ilə əməkdaşlıq çərçivəsində rəqəmsal infrastrukturumuzu beynəlxalq standartlara uyğunlaşdırmaqla, biz innovativ texnologiyaların tətbiqini daha da sürətləndirəcək, “Azercell”in həyata keçirdiyi transformasiyanın effektivliyini daha da artıracağıq. Bu da nəticə etibarilə xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq”.

“Azercell” innovativ həllər və gələcəyə yönümlü xidmətlərin aparıcı təminatçısı olaraq öz mövqeyini daha da gücləndirməyi hədəfləyir. Bu strategiya çərçivəsində rəqəmsal xidmətlərin inkişafı, süni intellektə əsaslanan həllərin inteqrasiyası və texnoloji infrastrukturun təkmilləşdirilməsi xüsusi yer tutur. TM Forum kimi qlobal təşkilatlarla əməkdaşlıq bu məqsədlərə xidmət edən mühüm addımlardan biridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv