Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb

Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb






presstv

"Presstv"az #Bıçaq xəsarəti, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncədə son iki ayda gənclər arasında bıçaqlanma hallarının sayı ciddi şəkildə artıb. Bu hadisələr cəmiyyətin gələcəyi üçün ciddi narahatlıq yaradır.

presstvaz xəbər verir ki, bu gün 2007-ci il təvəllüdlü Rüfət Xəlilov aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağırdır və hələlik hadisənin səbəbi məlum deyil.

Bu, son iki ayda Gəncədə baş verən bıçaqlanma hadisələrindən yalnız biridir.

İyunun 5-də 2010-cu il təvəllüdlü yeniyetmənin öz sinif yoldaşını bıçaqlaması gənclər arasında şiddətin artdığını göstərən daha bir nümunədir.

May ayının 17-də 18 yaşlı gəncin bıçaqlanmasında şübhəli bilinən həmyaşıdı saxlanılıb. Həmin ayın 25-i 1998-ci il təvəllüdlü M.Əliyev də bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Son iki ayda baş verən bu hadisələr göstərir ki, gənclər arasında münasibətlər, psixoloji və sosial gərginliklər daha da pisləşib. Həmyaşıdların bir-birini bıçaqlaması isə cəmiyyətin gələcəyi üçün ciddi təhlükə yaradır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv