Prokuror sabiq gömrükçülərlə bağlı hökmə etiraz etdi

Prokuror sabiq gömrükçülərlə bağlı hökmə etiraz etdi






presstv

"Presstv"az #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Birləşmiş Ərəb Əmirlikləri, #Cinayət işi, #Heydər Əliyev, #Məhkum, #Qaçaqmalçılıq, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) sabiq vəzifəli şəxsləri barəsində çıxarılan hökmdən apellyasiya protesti verilib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən il iyulun 8-də DGK-nın əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimovun tamah niyyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təxminən 1.4 kq çəkidə, 190 min 400 manat dəyərində, 999.9 əyarlı, 5 ədəd qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmələri faktı üzrə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşdırılıb.

Məhkəmənin hökmü ilə onların hər biri 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv