Ən yaxşı kameraları olan smartfonlar

Ən yaxşı kameraları olan smartfonlar






presstv

"Presstv"az #Audi, #Google, #iPhone, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“DxOMark” laboratoriyasının mütəxəssisləri yeni qiymətləndirmə metodologiyasını tətbiq edərək, smartfon kameralarının sınaqdan keçirilməsinə yanaşmalarını yenidən nəzərdən keçiriblər.

presstvaz bu barədə IXBT saytına istinadla xəbər verir.

Nəticədə, bəzi modellər yenidən sınaqdan keçirilib və liderlərin siyahısı əhəmiyyətli dərəcədə dəyişib.

Yenilənmiş reytinqdə birinci yeri 169 bal toplayan “Oppo Find X8 Ultra” flaqmanı tutub. İkinci yerdə 163 balla daha əvvəl reytinqə başçılıq edən “Huawei Pura 70 Ultra” smartfonu qərarlaşıb.

İlk üçlüyü 161 xal toplayan “iPhone 16 Pro Max” tamamlayır ki, bu da rəqiblərin fonunda gözlənilməz nəticə olub.

Bundan əlavə, yeni metodologiya ilə “Google Pixel 9 Pro XL” (160 bal) və “Xiaomi 15 Ultra” (159 bal) sınaqdan keçirilib.

Qeyd edək ki, “DxOMark” smartfonlarda və digər elektronikada kameraların, audionun, displeylərin və batareyaların keyfiyyətinin sınaqdan keçirilməsi və müqayisəsi üzrə ixtisaslaşan müstəqil laboratoriyadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv