Rusiyanın “qızıl kral”ı zərbə altında: Dövlət 180 milyard rubl dəyərində aktivlərə iddia edir

Rusiyanın “qızıl kral”ı zərbə altında: Dövlət 180 milyard rubl dəyərində aktivlərə iddia edir






presstv

"Presstv"az #Dollar, #milyarderlər, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) Baş İdarəsi “Yujuralzoloto” şirkətinin prezidenti və ən böyük səhmdarı Konstantin Strukova qarşı icra işi başladıb.

presstvaz-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə məlumatlar FSSP-nin icraatlar bazasında yer alıb.

Bildirilir ki, icra vərəqəsi üzrə yerinə yetiriləcək tədbir – əmlaka həbs qoyulmasıdır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Baş Prokurorluğu Strukova məxsus “Yujuralzoloto” səhmlərinin dövlətin xeyrinə müsadirəsi ilə bağlı məhkəməyə iddia təqdim edib. İddiada Strukovun qanunsuz sahibkarlıq fəaliyyəti ilə əmlak əldə etdiyi bildirilir.

İddiada bildirilir ki, 2000-ci ildən Çelyabinsk vilayəti qanunvericilik məclisinin deputatı, 2017-ci ildən isə qanunvericilik məclisinin sədr müavini vəzifəsini tutan Konstantin Strukov sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qanunla qoyulmuş qadağanı pozub. İş materiallarına əsasən, o, iflas proseduru vasitəsilə əvvəllər rəhbərlik etdiyi “Yujuralzoloto” şirkətinin əmlakını ələ keçirərək, “Yujnouralzoloto şirkətlər qrupu” ASC (“YUQK” ASC) yaradıb.

“Forbes” milyarderlər siyahısında 1.9 milyard dollar sərvətlə 78-ci yerdə olan Strukovun yaratdığı “Yujnouralzoloto” holdinqi ildə 450 min unsiya qızıl istehsal edir və kapitalizasiyası 180 milyard rublu (təxminən 3.9 milyard manat) keçir.

Rusiya baş prokurorunun müavini öz iddiasında “YUQK İdarəetmə Şirkəti” MMC-də 100% payın və “YUQK” ASC-nin bütün səhmlərinin dövlət mülkiyyətinə çevrilməsini tələb edir. Məhkəmə iddianın təmin edilməsi üçün tədbirlər görüb. İş üzrə səkkiz şəxs cavabdeh, beş şirkət isə üçüncü tərəf kimi göstərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv