Əbdül Qəni Baradar: “Əfqanıstan ECO ölkələri ilə əməkdaşlığın qurulmasında maraqlıdır”

Əbdül Qəni Baradar: “Əfqanıstan ECO ölkələri ilə əməkdaşlığın qurulmasında maraqlıdır”






presstv

"Presstv"az #Azərbaycan, #Əfqanıstan, #İlham Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Əfqanıstan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində regional əməkdaşlığın qurulmasında maraqlıdır”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Əfqanıstanın baş nazirinin müavini Əbdül Qəni Baradar ECO-nun 17-ci Zirvə görüşündə bildirib.

“Əfqanıstanı və xalqımızı konfransda təmsil etməkdən məmnunam. Bizə yaradılmış şəraitə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Bu Zirvə görüşü inkişafa yol açan tədbirdir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Əfqanıstan dərin və uzunmüddətli tərəfdaşlıqda maraqlıdır:

“Bu istiqamətdə dövlət olaraq bütün lazımi tədbirləri görməyə hazırıq. Əfqanıstan hazırda müstəqillik və sabitlik dövrünü yaşayır. O, misligörünməmiş irəliləyiş əldə edib. Bu gün ölkəmiz inkişaf üçün yeni imkanlara malikdir. Biz ECO çərçivəsində regional əməkdaşlığın qurulmasında maraqlıyıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv