“Apple” çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək

“Apple” çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək






presstv

"Presstv"az #Apple, #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“iOS 26” əməliyyat sisteminin “beta” versiyasında “FaceTime” videozənglərində çılpaq görüntülərə qarşı yeni qoruma funksiyası işə salınıb.

presstvaz bildirir ki, bu barədə “9to5Mac” portal xəbər yayıb.

Yeni funksiya videozəng zamanı çılpaq bədəni aşkar edə bilir. Bu hal baş verdikdə, sistem avtomatik olaraq zəngi dayandırır və istifadəçiyə xəbərdarlıq göstərir. İstifadəçi daha sonra zəngi davam etdirmək və ya dayandırmaq barədə qərar verə bilər.

Əvvəllər bu alət yalnız uşaq “Apple ID”ləri üçün valideyn nəzarəti sisteminin bir hissəsi kimi nəzərdə tutulsa da, artıq bütün istifadəçilər üçün əlçatandır.

Funksiyanı aktivləşdirmək üçün “Ayarlar” → “Məxfilik və təhlükəsizlik” → “Açıq-saçıq məzmuna dair xəbərdarlıqlar” bölməsinə keçmək lazımdır.

“Apple” vurğulayır ki, videoyayımların analizi yalnız cihazda aparılır və heç bir görüntü “Apple” serverlərinə göndərilmir. Bu, şirkətin məxfilik siyasətinə tam uyğundur.

Qeyd edək ki, “iOS 26” hələlik “beta” test mərhələsindədir. Yeni dizayna malik sistemin tam versiyasının sentyabr ayının ortalarında istifadəyə verilməsi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv