Gənələrdən necə qorunmalı? – Sadə tədbirlər həyat xilas edə bilər

Gənələrdən necə qorunmalı? – Sadə tədbirlər həyat xilas edə bilər






presstv

"Presstv"az #Həkim, #Meşə, #qızdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yay aylarında gənə təhlükəsi artır. Xüsusilə açıq havada daha çox vaxt keçirən insanlar, piknik və kənd yerlərinə səyahət edənlər bu parazitlərə daha çox məruz qala bilər.

presstvaz e-saglam.az-a istinadən xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, gənələr Krım-Konqo Qanamalı Qızdırması (KKKA) kimi ciddi və həyati təhlükəli xəstəliklərin daşıyıcısı ola bilər. Amma sadə ehtiyat tədbirləri ilə qorunmaq mümkündür.

Gənə dişləməsindən qorunmaq üçün nə etməli?

– Uzunqol, açıq rəngli və bədəni örtən paltar geyinin. Şalvarı corabın içinə salmaq faydalıdır.

– Otlu, meşəlik sahələrdə birbaşa yerə oturmamaq məsləhətdir.

– DEET tərkibli həşərat qovucu spreylərdən istifadə edin

– Gəzintidən qayıtdıqdan sonra bədəninizi diqqətlə yoxlayın. Qulaq arxası, qoltuq altı, qasıq və diz arxası kimi yerlərə xüsusi diqqət yetirin.

– Ev heyvanları da gənə daşıya bilər, onların tükləri də yoxlanılmalıdır.

Gənə bədənə yapışarsa nə etməli?

– Gənəni çılpaq əllə çıxarmağa çalışmayın.

– Cımbızla yavaşca, baş hissəsinə yaxın yerdən tutaraq çıxarın.

– Gənəni spirt, odekolon və digər kimyəvi maddələrlə çıxarmaq olmaz.

– Əgər çıxarmaq mümkün deyilsə və ya əmin deyilsinizsə, dərhal həkimə müraciət edin.

Mütəxəssis xəbərdarlığı: İlk müdaxilə həyat qurtara bilər

Yoluxmuş gənələrdən keçən viruslar bədəndə ağır fəsadlar yarada bilər. Bu səbəblə təbiətə çıxan hər kəs bu tədbirləri vərdiş halına gətirməli və diqqətli olmalıdır. Erkən reaksiya və düzgün müdaxilə mümkün təhlükələrin qarşısını ala bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv