İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq – DİQQƏT!

İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq – DİQQƏT!






presstv

"Presstv"az #Günəş, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlərin məlumatına görə, bu yay 9 iyul, 22 iyul və ya 5 avqust tarixlərində bir gün 24 saatdan təxminən 1,5 millisaniyə daha qısa ola bilər. Bu fərq insan tərəfindən hiss edilməsə də, atom saatları və GPS kimi texnoloji sistemlər üçün ciddi əhəmiyyət daşıyır.

presstvaz xəbər verir ki, günlərin sürətlə keçməsinin səbəbi dünyanın fırlanma sürətinin artmasıdır. Bu artımın dəqiq səbəbi hələ tam aydınlaşdırılmasa da, alimlər bunun yer qabığının dərinliklərindəki geoloji proseslərlə, yeraltı hərəkətlərlə, Ay və Günəşin cazibə qüvvəsi ilə, Yer kürəsinin nüvəsindəki kütlə paylanması və atmosfer-okean axınları ilə bağlı olduğunu düşünürlər.

Əgər bu dəyişikliklər davam edərsə, zaman ölçməsində “mənfi sıçrayış saniyəsi” deyilən saniyə silinməsi lazım gələcək. Bu addım atom saatları ilə zamanın tam uyğunluğunu təmin etmək üçün atılır.

Qısacası, dünyanın fırlanmasının sürətlənməsi günlərin daha tez keçməsi hissini yaradır və bu həm təbiətə, həm də texnologiyaya birbaşa təsir edir. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv