Türkiyədə yanğınların qarşısı niyə alına bilinmir?

Türkiyədə yanğınların qarşısı niyə alına bilinmir?






presstv

"Presstv"az #Güclü külək, #Meşə, #Meşə yanğınları, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə bir neçə gündür ki, davam edən meşə yanğınlarının söndürülməsi işləri davam edir. Qardaş ölkədə ümumilikdə 342 meşə yanğını qeydə alınıb və onların bir qismi hələ tam nəzarət altına alınmayıb.

presstvaz xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, yanğınlarla mübarizə məqsədilə həm havadan, həm də qurudan intensiv tədbirlər görülür.

İzmirin Seferihisar və Menderes bölgələrində yanğınların vəziyyəti nisbətən yaxşılaşsa da, İzmir və Manisa ərazilərində alovun təsiri azaldılıb. Hatayın Antakya bölgəsində isə güclü külək yanğının söndürülməsinə çətinlik yaradır.

Qeyd edək ki, yanğınların qarşısını almaq üçün 8 təyyarə, 12 helikopter, 1000-dən çox texnika və təxminən 2700 yanğınsöndürən əməkdaş səfərbər olunub. Adanadakı yanğın artıq nəzarət altındadır.

Yanğınlardan zərər çəkən 46 nəfər hələ də xəstəxanada müalicə alır, onlardan birinin vəziyyəti ağırdır. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv