Azərbaycanda nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb

Azərbaycanda nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb






presstv

"Presstv"az #Azərbaycan, #Dərman vasitələri, #Dövlət Statistika Komitəsi, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən beş xəstəlik növünə yoluxma qeydə alınıb.

presstvaz xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, 2024-cü ildə ən çox yoluxma halı exinokokkz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:

“Ən çox yoluxma halı 33 nəfər olmaqla exinokokkz xəstəliyində rast gəlinib. 10 nəfərdə cüzam (xroniki infeksion xəstəlik), 11 nəfərdə visseral və dəri leyşmanioz (insanlar və məməlilərə əsasən mığmığaların dişləməsi yolu ilə yoluxan protozoan xəstəlik), iki nəfərdə isə quduzluq aşkarlanıb”.

Qeyd edək ki, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir. Son dəyişikliyə əsasən, siyahıda yer alan dərmanların sayı 123-ə çatıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv