“Crocus City Hall”da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar

“Crocus City Hall”da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar






presstv

"Presstv"az #Araşdırma, #Baş Prokurorluq, #Cinayət işi, #Əfqanıstan, #Hadisə, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya İstintaq Komitəsi ölkənin müasir tarixində ən qanlı terror aktlarından biri hesab edilən “Crocus City Hall” hadisəsi ilə bağlı genişmiqyaslı istintaqı başa çatdırıb.

presstvaz-ın TASS-a istinadla verdiyi məlumata görə, cinayət işi üzrə materiallardan aydın olub ki, konsert zalına hücum edən terrorçuların hazırlığı, demək olar ki, bir il boyunca Türkiyə və Əfqanıstan ərazisində aparılıb.

İstintaqın məlumatına görə, terror aktının dörd icraçısı – Şamsiddin Fariduni, Dalerjon Mirzoyev, Muhammadsobir Fayzovun və Saidakrami Murodali Raçabalizoda 2023-cü il iyunun 1-dən 2024-cü il martın 22-dək xüsusi təlim düşərgələrində hazırlıq keçiblər. Təlim proqramı kompleks şəkildə təşkil olunub və bir neçə istiqaməti əhatə edib.

Terrorçular atıcılıq üzrə təlimlərə cəlb olunublar, partlayıcı və zəhərli maddələrin hazırlanması və tətbiqi metodlarını öyrəniblər. Xüsusi diqqət onların psixoloji hazırlığına yönəldilib – onları qorxunu dəf etməyə və ekstremal vəziyyətlərdə soyuqqanlı davranmağa alışdırıblar. Bundan əlavə, insanların sıx toplaşdığı yerlərdə terror aktı törətmək üçün zəruri taktiki vərdişlərə yiyələniblər.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi təxminən bir il davam edən əhatəli araşdırma aparıb. 30 iyun tarixində Baş Prokurorluq ittiham aktını təsdiqləyib və bundan sonra iş materialları baxılması üçün İkinci Qərb dairə hərbi məhkəməsinə göndərilib.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv